Cümə , Sentyabr 11 2026
azfa

Azərbaycanlı milli fəallar Saleh İkrami və Babək Rzayi girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli fəalar Saleh İkrami və Babək Rzayi avqustun 22-də 500 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb.

Qeyd edək ki, hər iki azərbaycanlı fəal iyulun 27-də, Tehranın Nəsimşəhr bölgəsində İran rejiminin ETTELAAT məmurları tərəfindən öz iş yerlərində yaxalanmışdılar.

Ondan bir müddət öncə, iyulun 24-də isə Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə əl-Əhvaz etirazlarına dəstək məqsədilə geniş şəkildə etiraz aksiyası keçirildi. Etirazlar çox sayda azərbaycanlı fəal həbs edildi.

Saleh İkrami və Babək Rzayinin Azərbaycan türklərinin etirazları ilə bağlı yaxalandığı güman edilir.

Həmçinin yoxlayın

Özbəkistan əlifbasını Türk dünyasının ortaq əlifbasına uyğunlaşdırır

GADTB: Türk dünyasında ortaq əlifbanın yaradılması məqsədi istiqamətində Özbəkistan mühüm addım atıb. Ölkə Senatının qəbul …

Xaricdə yaşayan soydaşlarımızın övladları üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başladı

GADTB: Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə …