Bazar ertəsi , May 6 2024
azfa

Abbas Lisani və Əlirza Fərşi 3 gündür Azərbaycan türkcəsində təhsil tələbilə aclıq aksiyasındadırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı siyasi məhbuslar Abbas Lisani və Əlirza Fərşi 3 gündür Azərbaycan türkcəsində təhsil tələbilə aclıq aksiyasındadırlar.

Qeyd edək ki, irqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Abbas Lisani başqa azərbaycanlı məhbus Əlirza Fərşiyə və onun Azərbaycan türkcəsində təhsil tələbi və başqa tələblərinə dəstək məqsədilə üç günlük aclıq aksiyası başlayıb.

Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani sentyabrın 23-də ailəsi ilə telefon danışığı zamanı deyib ki, “Qardaşım və mübariz yoldaşım Əlirəza Fərşiyə və onun ana dilində təhsil, Azərbaycana qarşı sistematik ayrıseçkiliyin aradan qaldırılması və Azərbaycan xalqının öz taleyini təyinetmə hüququ da daxil olmaqla qanuni tələblərinə dəstək olaraq yeni dərs ilinin başlaması ilə eyni vaxtda üç günlük aclıq aksiyasına başlayıram”.

Hazırda Tehran zindanında həbsdə saxlanılan tanınmış azərbaycanlı siyasi məhbus Əlireza Fərşi 22 sentyabr, çərşənbə günü həm Azərbaycan, həm də fars dilində yaydığı açıq məktubda Ana dilində təhsil almaq imkanının olmaması və ədalətsiz ayrıseçkiliyə etiraz olaraq həmin gündən simvolik olaraq üç günlük aclıq aksiyasına başlayıb.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …