Şənbə , Avqust 29 2026
azfa

GADTB və Avstraliya-Azərbaycan Assosasiasiyası Avstraliyada 27 Sentyabr Anım Günü tədbiri keçirdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Avstraliya-Azərbaycan Assosasiasiyası (AAA) Avstraliyanın Sidney şəhərində 27 Sentyabr Anım Günü ilə bağlı tədbir keçirdilər.

Tədbir Avstraliyada sərt karantin məhdudiyyətlərinin olması, insanların evdən çıxma və görüş qadağasının olmasına baxmayaraq, Avstraliya-Azərbaycan Assosasiasiyası (AAA) prezidenti Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və GADTB Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsunun təşəbbüsü ilə keçirilib.

Azərbaycan Ordusunun qəhrəmanlığını nümayiş etdirilməsi ilə yanaşı, erməni işğalçıların 30 il müddətinə Azərbaycanın işğlada qalmış ərazilərində törətdikləri vandalizm də fotoşəkillər vasitəsilə nümayiş etdirilmişdir. Azərbaycan şəhidlərin xatirəsi sayğı ilə anılmışdır.

Sayın Mikayil Oyta 27 Sentyabr Anım Günü ilə bağlı çıxış etmişdir.

Həmçinin yoxlayın

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni …

Traxtur komandası Çadorməlonu məğlub etdi

GADTB: Traxtur komandası gərgin və qalmaqallı keçən qarşılaşmada Çadorməlonu 2:0 hesabı ilə məğlub edərək matçın …