Bazar , Oktyabr 25 2026
azfa

Türkiyə YPG/PKK terrorçusunun azadlığa buraxılması ilə əlaqədar Çexiyaya etiraz notası göndərib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, YPG terror təşkilatının lideri, Ankaranın tələbi ilə İnterpol tərəfindən yazılmış order əsasında ötən şənbə günü Praqada saxlanılmış Salih Müslimin azadlığa buraxılması ilə əlaqədar, Türkiyə Çexiyaya etiraz notası göndərib.

Praqa şəhər məhkəməsinin verdiktinə əsasən Salih Müslim istintaq təcridxanasına göndərilməyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu haqlı olaraq bu verdikti “qalmaqallı hüquq pozuntusu” adlandırıb. “Turk Time” qəzeti öz portalında Türkiyə Xarici Siyasət İdarəsinin rəhbərinin bu sözlərini sitat gətirib: “Müslim bizim nəzərimizdə terrorçudur, terror şəbəkəsinin rəhbəridir və bu həqiqəti heç nə dəyişə bilməz”.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın