GADTB başqanı Əjdər Tağızadə Kataloniya Prezidentinə məktubla keçmiş prezident Carles Puigdemontun həbs edilməsini pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadə Kataloniya Prezidenti cənab Pere Aragonesə məktubla müraciət edərək Kataloniyanın keçmiş prezidenti Carles Puigdemonta qarşı edilən ədalətsiz, qanunsuz və etikadan kənar hərəkətləri qınadı.

Sayın Əjdər bəyin məktubunun bir hissəsində yazılıb: “Hörmətli Prezident Aragones, təəssüf ki, Kataloniyanın keçmiş prezidenti Carles Puigdemonta qarşı edilən ədalətsiz, qanunsuz və etikadan kənar hərəkətlərin şahidi olduq.

Şərəfli Carles Puigdemontun qanunsuz olaraq həbs edilməsini və təqib edilməsini şiddətlə qınayıb, insanların öz taleini özləri  təyinetmə hüquqlarını dəstəkləyirik. Cənab Puigdemont, 2017 -ci ildə müstəqilliyə səs verən Kataloniya xalqını haqlı olaraq təmsil edirdi.

İrandakı ata -baba torpaqlarımızda məskunlaşmış 40 milyon Güney Azərbaycanda Azərbaycan türkü, Kataloniya xalqının öz müqəddəratını təyin etmək istəyinə rəğbət bəsləyir. Bütün insanlar ata-baba yurdlarında özləri qərar vermək hüququna malikdirlər. Bu səbəbdən Kataloniya xalqının və keçmiş prezident Carles Puigdemontun yanındayıq.

Hörmətlə,

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı”

Məktubun ingiliscə mətni:

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …