Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran rejimi Azərbaycana qarşı Arazın kənarına hərbi texnika topladı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın qələbəsinə dözə bilməyən ermənipərəst İran rejimi Araz kənarı və Azərbaycan Respublikasının sərhədləri boyunca çox sayda hərbi texnika yeridib.

Azərbaycan öz ərazilərini erməni işğalından azad edəndən sonra ermənipərəst İran rejimi müxtəlif bəhanələrlə Azərbaycanla açıq düşmənçiliyə başlayıb. Bu istiqamətdə Ermənistana yardımdan əlavə Azərbaycan sərhədində hərbi təlim də düşmənçiliyin əsas göstəricisi hesab edilir. Artıq sabah yenidən İran rejim Azərbaycan sərhədlərində hərbi təlimə başlayır.

İran ordusunun Quru Qoşunlarının komandanı Əmir Kiumərs Heydəri hərbi texnikanın sərhəddə yeridilməsi ilə bağlı deyib: “Xeybər fatehləri” hərbi təlimi sabah ölkənin şimal-qərb bölgəsində ordunun çox sayda quru qoşun birləşmələrinin iştirakı ilə başlayacaq.

Kiumərs Heydəri bildirib: “Xeybər fatehləri” hərbi təlimi sabah zirehli bölmələr, artileriya, dronlar, hərbi radio-elektron qüvvələrinin iştirakı və helikopterlərin atəş dəstəyi ilə şimal-qərb bölgəsində başlayacaq”.

O həmçinin deyib: “Bu hərbi təlim ordu birləşmələrinin döyüş texnikasının bir hissəsinin iştirakı və qabiliyyətlərinin nümayiş etdirilməsi ilə və bu sahədə döyüş hazırlığının artırılması məqsədi ilə keçiriləcək”.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …