Azərbaycan Ermənistanın razılaşmalara riayət etmədiyini bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasının XİN rəhbəri Yakub Kulqaneklə görüşünün nəticələrinə toxunarkən deyib: “Ermənistan əvvəlki kimi əldə olunmuş razılaşmalara riayət etmir”.

XİN rəhbəri 44 günlük müharibə nəticəsində Azərbaycanın qələbəsi ilə tamamlanmış əks-hücum əməliyyatlarının başlanmasından 1 il ötdüyünü xatırladıb.

“Müharibənin başa çatmasından sonra 10 aydan çox müddətdir Azərbaycan ötən ilin noyabr ayında əldə olunmuş üçtərəfli razılaşmalar çərçivəsində müvafiq danışıqlar aparır. Lakin Ermənistan hələ əldə olunmuş razılaşmalara riayət etmir. Ermənistan tərəfi azad edilmiş ərazilərin mina sahələrinin bütün xəritələrini təqdim etməyib. Bu, dinc sakinlərin ölümünə, həmçinin bu ərazilərdə infrastrukturun bərpası və məcburi köçkünlərin geri qaytarılması prosesinin ləngiməsinə səbəb olur”, – XİN başçısı deyib.

Onun sözlərinə görə, razılaşmadada öz əksini tapmış nəqliyyat layihələrinin həyata keçirilməsi və kommunikasiyaların açılması da bu səbəbdən ləngiyir.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …