Bazar , Oktyabr 25 2026
azfa

İran ermənilərin xeyrinə Azərbaycana qarşı saxta “səs yazıları” hazırlayır

GADTB: İran XİN sözçüsü Səid Xətibzadə bu gün yenə Azərbaycandan danışıb və iddia edib ki, əllərində 44 günlük müharibə başlayan vaxtdan terrorçu qrupların Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı dəlil-sübut, hətta səs yazıları var.

“Terrorçu” iddiasını hələ müharibənin gedişində Xamenei gündəmə gətirdi: ötən bir il müddətində eyni iddianı təkrarlayırlar, indiyə qədər heç bir dəlil açıqlanmayıb.

Lakin məhz indi “dəlil-sübutdan” bəhs etmələri diqqət çəkir: bu, İranın iddialarını “sübut etmək” mərhələsinə keçidi və artacaq təzyiq siyasətini əsaslandırmağa hesablanıb;

Müharibə dövründə Ermənistan tərəfi Yaxın Şərqdən Azərbaycana “terrorçuların” gətirilməsini sübut etmək üçün montaj olunmuş səs yazıları və görüntülər hazırlayırdı. Hətta Azərbaycan sərhəd xidmətinin hərbi geyiminə bənzər formaları erməni əsgərlərə geyindirir, səhnələr hazırlayırdılar, David Tonoyanın görüşündə DSX-nın uniformasını geyinmiş erməni əsgərlərin olması bunu sübut etdi.

İran da eyni yola əl ata, montaj olunmuş səs yazıları, görüntülər təqdim edə bilər: Tehranın terrorçularla geniş əlaqələri onlar üçün bu işi daha da asanlaşdırır;

Və istisna deyil ki, həmin “dəlil-sübutu”, “səs yazılarını” XİN rəhbəri Abdullahian Bakıya səfərində gətirəcək: məqsəd İranın bölgədə atacağı addımlara haqq qazandırmaqdır.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …