Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Erməni təcavüzünü pislədiyi üçün İranın həbsə məhkum etdiyi fəallar Azərbaycan və Türkiyə mətbuatında əks etdirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran məhkəməsinin erməni təcavüzünü pisləyib, Azərbaycan ordusuna dəstək aksiyası keçirdiklərinə görə həbs etdiyi fəallara verdiyi ağır cəzalar Azərbaycan və Türkiyə mətbuatında geniş əks etdirilib.

İran rejimi Ərdəbil şəhərinin Cinral parkında Azərbaycana dəstək aksiyası keçirən 12 azərbaycanlı fəall barəsində çıxarılan 180 ay həbs, 888 şallaq cəzasına Azərbaycan və Türkiyə mətbuatında geniş işıqlandırılıb.

Azərbaycanlı fəallara qarşı ağır cəza verilməsi xəbəri “Anadolu xəbər agentliyi”, “Ovqat”, “Bizim media”, “Konkret”, “Qaynarinfo”, “Olaylar”, “Türküstan”, “BİG az”, “VIP media” və s. saytlarda geniş işıqlandırılıb.

Qeyd edək ki, oktyabrın 9-da İran rejiminin Ərdəbildəki Cinayət Məhkəməsinin 102-ci şöbəsinin rəisi Tahir Rəsulinin çıxardığı qərara görə, fəallar ümumilikdə 180 ay həbs, 888 qamçı cəzasına məhkum ediliblər.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …