Bazar , Oktyabr 25 2026
azfa

Türkiyə Rusiyanın PKK terror təşkilatı ilə bağlı öhdəliyinə əməl etmədiyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya və ABŞ Suriyanın şimalında kürd hərbi birləşmələrinin təmizlənməsiylə bağlı öhdəliklərini icra etməyib.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Son zamanlar biz PKK/YPG-nin hücumlarının artmasını görürük. Terrorçular 30 kilometr məsafədə bizim ərazilərimizə atəş açırlar. Bizim Rusiya və ABŞ-la razılaşmamız var idi ki, onlar 30 kilometr məsafədə terrorçuları təmizləyəcəklər. Lakin onlar sözlərini tutmadılar. Biz nə etməliyik? Özümüz öz problemlərimizi həll etməliyik. Biz öz təhlükəsizliyimiz üçün bu rayonları terrorçulardan təmizləməyə hazırıq” – deyə o bildirib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …