Bazar ertəsi , May 11 2026
azfa

Qıbrısda türk soylu cümhuriyyətlərin bərpasının 30 illiyinə həsr olunmuş Türksoy Foto Sərgisi açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Kipr Türk Respublikasında (ŞKTR) türk soylu cümhuriyyətlərin bərpa olunmasının 30-cu ildönümünə həsr olunmuş Türksoy Foto Sərgisi açılıb.

Yaxın Şərq Universiteti (Yakın Doğu Üniversitesi) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliklərinin bərpasının 30-cu ilində universitetin Atatürk Mədəniyyət və Konqres Mərkəzi Sərgi Salonunda açılan fotoşəkil sərgisində Şimali Kiprin prezidenti Ersin Tatar, səhiyyə naziri Ünal Üstel, Türkiyənin Qıbrız (ŞKTR) səfiri Əli Murad Başçeri, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və başqaları iştirak edib.

  Sərginin açılışında çıxış edən Ersin Tatar tanınmasında nə qədər çətinliklər yaşansa da, Qıbrızın müstəqil bir ölkə olaraq türk dünyasının bir parçası olduğunu vurğulayaraq deyib: “Türk respublikaları 30 il əvvəl müstəqilliklərini bərpa etdilər. Biz Kipr türkləri də böyük mübarizələr nəticəsində suverenliyimizi qazandıq. Öz gələcəyini təyinetmə haqqının bir parçası olaraq Qıbrız xalqı öz dövlətini və varlığını müstəqil bir cümhuriyyət damı altında davam etdirir. İnanıram ki, çox da uzaq olmayan bir gələcəkdə Qıbrızın müstəqilliyinin tanınması ilə Türk Şurasında daimi üzv olaraq yerimizi alacağıq. Çünki bizim yerimiz Türk dünyasıdır”.

  Türk cümhuriyyətlərinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın təbiəti, tarixi, mədəniyyət və sənətini əks etdirən əsərlərdən ibarət sərgi 15 noyabra qədər açıq olacaq.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …