Bazar , Oktyabr 25 2026
azfa

Erməni etirafı: Sumqayıtda erməniləri azərbaycanlılar öldürməyib – VİDEO

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 1980-ci illərin sonlarında mən Bakıya gəldim. Burada nə hakimiyyətə, nə də ki demokratik müxalifətin apardığı təbliğata aid olmayan hadisələr baş verirdi. Bütün məsuliyyətlə deyə bilərəm ki, Sumqayıtda ermənilərin (ehtimal edək ki onlar erməni olublar) vəhşicəsinə öldürülməsində və onlara işgəncələr verilməsində azərbaycanlılar günahkar deyil.

Bu barədə “Vestnik Kavkaza” nəşrinə müsahibəsində politoloq Sergey Kurginyan deyib.

O bildirib ki, Sumqayıt hadisələrini törədənlərin hamısının adlarını, onların həmin vaxt hansı qurumlarda və indi hansı təşkilatlarda çalışdıqlarını bilir:

“Həmin insanlar erməniləri öldürürdülər və bu işə azərbaycanlıları qoşurdular, sonra azərbaycanlıları öldürürdülər və erməniləri bu işə qoşurdular. Daha sonra isə ermənilərlə azərbaycanlıları toqquşdururdular və nəticədə gərginlik yaranırdı. Biz bütün bunları görürdük, hadisələrin arxasında kimlərin dayandığını bilirdik”.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın