Cümə axşamı , Avqust 27 2026
azfa

Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi bölgələr – Xəritə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusu Afrinin Şeyx Hadid bölgəsini ələ keçirib. Şeyx Hadid bölgəsi ilə bərabər Mustakan, Hacı Xəlil, Əli Bədirli, Kırıklı kəndləri də Türkiyə ordusunun nəzarətinə keçib. Nəticədə əməliyyatların başlanğıcından bu yana PYD-nin nəzarətindən xilas edilən bölgələrin sayı 131-ə çatıb.

Ordu həmçinin son 24 saat ərzində 178 terrorçunu məhv etdiyini açıqlayıb.

Türkiyənin Suriyada məhv etdiyi terrorçu sayı 2612-yə çatıb.

Qeyd edək ki, Türkiyə yanvarın 20-dən bu yana Suriyada “Zeytun budağı” əməliyyatını həyata keçirir.

Həmçinin yoxlayın

Yəmən Hərbi Dəniz Qüvvələri: SEPAH-ın husilərə göndərdiyi pilotsuz uçuş aparatı avadanlığı olan yükü ələ keçirmişik

GADTB: Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə pilotsuz uçuş aparatlarının hazırlanması üçün avadanlıq daşıyan bir …

Analitik: “Vaşinqton Zəngəzur layihəsi ilə bağlı İranı sakitləşdirməyin yolunu tapıb”

GADTB: ABŞ Yaxın Şərq İnstitutunun baş elmi işçisi Aleks Vatanka hesab edir ki, Vaşinqton TRIPP …

Bir cavab yazın