Bazar ertəsi , May 6 2024
azfa

Azərbaycanlı ətraf mühit fəalları Qum Təpə ərazisinə məhv edilməsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanda bir qrup azərbaycanlı ətraf mühit fəalı keçən çərşənbə günü “Qum Təpə”nın məhv edilərək sıradan çıxarılmasına etirazını bildiriblər.

Fəallar səlahiyyətli orqanlara, xüsusi ilə də Ətraf Mühiti Mühafizə Təşkilatına etiraz edərək, Qumtəpə ərazisindən qum və çınqıl götürülməsinin dayandırılmasını tələb ediblər. Fəallar “Təbriz 2018” turizm ilini təbliğ edən plakat qaldırıb, “Qum Təpə”nin tursitik vəziyyətinə baxılmasını tələb ediblər.

Qeyd edək ki, “Qum Təpə” ərazisinin əsas hissəsi məhv edilib, onun təxminən 10 faizi qalıb. Bu məntəqə Güney Azərbaycanda Təbrizlə Sofiyan şəhərlərinin arasında yerləşir. Bölgənin sərvətlərinin talanması azərbaycanlı fəalların etirazına səbəb olub.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın