İranın Ermənistanla ımıkdaşlığı və yardımları davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan İranın Ermənistana yardımına etiraf edib.

O deyib ki, İran şirkətləri Ermənistanda kimyəvi məhsullar və yazı alətləri istehsalına başlayacaq.

 “İşçi qüvvəsi Ermənistandan cəlb olunacaq, çünki şirkətlərin müraciətlərində Avrasiya İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün lazım olan iş icazələri tələb olunmayıb”, – Kerobyan bildirib.

Erməni nazirin sözlərinə görə, iranlı iş adamlarının müraciəti artıq Ermənistan hökumətinin idarələrarası komissiyasında nəzərdən keçirilir və çox güman ki, gələn cümə axşamı hökumətin iclasında təsdiqlənəcək.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …