Türk nazirlərin iştirak ilə Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib ki, Nizami Gəncəvi Beynəlxalq Forumunda Türkiyə və Özbəkistan mədəniyyət nazirləri, o cümlədən 30-a yaxın ölkəni təmsil edən alimlər iştirak edəcəklər.

E.Əliyev bildirib ki, 3 gün davam edəcək forumda xaricdən gələn alimlər Nizami Gəncəvinin onların ölkəsində idarəçiliyin və ədəbi janrın formalaşmasına olan təsirindən danışacaqlar: “Forumu keçirməkdə məqsədimiz Nizami Gəncəvinin əhatə dairəsini göstərmək, onun böyük bir bölgədə ədəbi-fəlsəfi fikrin formalaşmasında müstəsna rol oynadığını vurğulamaqdır”.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) keçiriləcək.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …