
GADTB: Güney Azərbaycanı müstəmləkə edib, yerüstü və yeraltı sərvətlərini talayıb fars bölgələrinə daşıyan irqçi fars-molla rejimi kölə kimi işlətdiyi azərbaycanlı işçilərin adi əmək haqlarını da mənimsəyir və vermək istəmir. Ətraf mühiti çirkləndirilən, sərvətləri talanan və kölə vəziyyətinə salınmış azərbaycanlı işçiləri işdən məhrum edib, yalnız fəsli formada aşağı əmək haqqı ilə işə götürmək həmin sərvətlərin sahibi olan azərbaycanlılara bir yox, bir neçə qat zülmdür.
İran rejimi və onun əlaltıları üstəlik öz hüquqları uğrunda mübarizə və tətilə başlayan azərbaycanlı işçilərə qarşı terror törədib. Xoşbəxtlikdən işçilərin ayıq-sayıq olması ilə rejimin azərbaycanlı işçilərə qarşı terror əməli tələfatsız ötüşüb. Lakin İran rejimi və onun əlaltıları Güney Azərbaycanın Vərziğan bölgəsində fövqəladə vəziyyət elan edib azərbaycanlı işçilərin haqlı etirazını yatırmağı qarşı məqsəd qoyub. Onlar çəkinmədən işçiləri rejimə qarşı çıxmaqda ittiham edərək, vəhşicəsinə hücumla hədələyiblər.
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) azərbaycanlı işçilərin haqlı etirazını dəstəkləyib, müstəmləkəçi İran rejimi və onların əlaltılarının azərbaycanlı işçilərə zülmü və törətdikləri terror əməlini pisləyir. GADTB Azərbaycan Türk Millətinə və azərbaycanlı işçilərə qarşı müstəmləkə siyasətinin bitməsinin yeganə yolunun Güney Azərbaycanın öz müstəqilliyini əldə etməsində görür və Azərbaycan Türk Millətini müstəqillik amalı uğrunda birləşməyə çağırır.
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi