Bazar , Oktyabr 25 2026
azfa

Evin zindanında həbsdə saxlanılan azərbaycanlı xanım fəalı sağlı durumu ağırlaşıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı müəllimə və fəal Zeynəb Həmrəngin sağlıq durumu pisləşib.

Azərbaycanlı məhbusun zindandan Taliqani xəstəxanasına köçürüldüyü deyilir

Fəalın yaxınlarının verdiyi məlumata görə, daha öncə də səhhətində ciddi problemlər yaranan Zeynəb Həmrəng dekabrın 15-də qan təzyiqinin qalxması səbəbindən xəstəxanaya aparılıb.

Zeynəb Həmrəng qan təzyiqi, böyrək çatışmazlığı və s. xəstəliklərdən əziyyət çəkir.

Qeyd edək ki, Zeynəb Həmrəng Ərdəbil vilayətinin Muğan bölgəsindəndir. Onun 50 yaşı var və həbs olunana qədər Tehran şəhərində yaşayıb. Müəllimlərin həmkarlar ittifaqının fəal üzvlərdən olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarını müdafiə etdiyi və etiraz aksiyalarına qatıldığı üçün İran rejimi tərəfindən həbs edilib.

Xanım fəal 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycanın Xoy şəhərinə səfəri zamanı İranın ETTELAAT məmurları tərəfindən yaxalanıb.

Azərbaycanlı müəllim mədəni və sinfi fəaliyyətlərinə görə şərlənərək “ölkənin təhlükəsizliyinə qarşı aksiyaya toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, “Sistemə qarşı təbliğat”  ittihamı ilə isə 1 il həbsə məhkum edilib.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …