Çərşənbə , Oktyabr 21 2026
azfa

İran nüvə silahı əldə etmək məqsədilə min oyundan çıxır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran nüvə silahı əldə etmək məqsədilə min oyundan çıxaraq, heç bir yalan və riyakarlıqdan çəkinmir.

İran rejimi bu istiqamətdə nüvə təsisatlarındakı kameraların görüntülərini də

Atom Enerjisi üzrə Beynəlxalq Ajansın rəisi Rafael Qrossi bildirib ki, Kərəc atom təsisatına qarşı kiber hücum keçiriləndən sonra oradakı nəzarət kameralarından birinin görüntüləri “yoxa çıxıb”. Qrossi bu hadisəni çox qəribə adlandırıb.

Onun sözlərinə görə, hücumda ajansın təsisatda quraşdırdığı 4 kameradan 1-i tamamilə sıradan çıxıb.

“İran kameraların 4-ü də oradan götürüb, Atom Enerjisi üzrə Beynəlxalq Ajansa göstərib. Amma tamamilə sıradan çıxan videokameranın yaddaş diski üzərində deyildi”, – deyə Qrossi vurğulayıb.

O, sonda bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Ajans və Qərb ölkələri bununla bağlı İrandan izahat istəsələr də, Tehran hələ ki, heç bir açıqlama verməyib.

Qeyd edək ki, bəzi mənbələr İranın MAQATE-nin müşahidə kameralarını xarab edib uranı yüksək həddə zənginləşdirə bilməsi üçün Kərəc sentrifüqa zavodunda partlayışı özünün törətdiyini iddia edirlər. Lakin Tehran hücuma görə İsraili günahlandırır.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …