Şənbə , İyun 27 2026
azfa

Türkiyə ABŞ-dan ödədiyi F-35-lərin pulunu tələb edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında deyib ki, hazırda F-35-lərin alınması ilə bağlı problemlər var.

 “Bir tərəfdə F-35-lə bağlı CAATSA sanksiyası, digər tərəfdən də Konqresdəki vəziyyət… F-35 alınmayacağı halda ya pulumuz qaytarılmalıdır, ya da yeni silahlar verilməlidir”, – deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, Türkiyə F-35 üçün ödədiyi 1,4 milyard vəsaitin əvəzinə modernləşdirilmiş F-16 qırıcıları tələb edir.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …