Cümə axşamı , May 9 2024
azfa

Türkiyənin “Grizu-263A” adlı ilk mini peykindən siqnal gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Grizu-263A” adlı ilk mini peykindən siqnal gəlib. Peykin 525 kilometrə yaxın aşağı yer orbitində 4 il 8 ay xidmət göstərməsi planlaşdırılır.

Türkiyənin Zonquldak vilayətinin Bülent Ecevit Universitetinin mühəndislik fakültəsi tələbələrindən ibarət kosmos komandası tərəfindən əsas rabitə ehtimallarının həyata keçirilməsi məqsədilə hazırlan Türkiyənin ilk mini peyki – “Grizu-263A” dan siqnal gəlib.

“Grizu-263A” yanvarın 13-də Türkiyə vaxtı ilə saat 18:25-də “Space X” şirkətinin “Falcon 9” raketi ilə kosmosa göndərilməsindən sonra təxminən bir saat sonra orbitə yerləşib.

“Grizu-263” kosmos komandasının sosial media hesabından edilən paylaşımda bildirilib:

“Grizu-263A” peykimizdən ilk siqnallar uğurla alındı, peykimiz fəaliyyətdədir. Siqnallarımızın qəbulunu təmin edən Mehmet Fatih Engin, Tahsin Çağrı Şişman, İbrahim Arda, Yılmaz Barış Erkan və Bilge Demirköz müəllimlərimizə təşəkkür edirik”.

Komanda kapitanı Çağla Aytaç Dursun da sosial media hesabından “Qürur. Biz dizayn etdik, istehsal etdik, sınaqdan keçirdik və kosmosa göndərdik. İndi peykimiz “Grizu-263A” güclü missiyasının başlanğıcındadır” paylaşımını edib.

3 mart 1992-ci ildə Zonguldakda baş verən yanğın partlaması nəticəsində həyatını itirən mədənçilərin adları ilə kosmos səfərinə çıxan peykin 525 kilometrə yaxın aşağı yer orbitində 4 il 8 ay xidmət göstərməsi planlaşdırılır.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …