Şənbə , Oktyabr 24 2026
azfa

İran rəsmisindən cəfəng açıqlama: Ermənistan hökuməti Azərbaycanla savaşdan sonra sülhü bərqərar etməyə çalışan sülhsevər dövlətdir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın hüquqi məsələlər üzrə vitse-prezidenti Ermənistanın ədliyyə naziri Karen Andrasyan ilə görüşdə deyib: İslam Cumhuriyyətinin siyasəti hərtərəfli əməkdaşlığı, xüsusən də qonşularla iqtisadi və ticarət əməkdaşlığını inkişaf etdirməkdir.

İran və Ermənistan arasında tarixi və dostluq əlaqələrindən dəm vuran Məhəmməd Dehqan sərsəm açıqlama verib: Ermənistan hökuməti Azərbaycanla müharibədən sonra sülhü bərqərar etməyə çalışan sülhsevər dövlətdir.

O, Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarından məmnunluğunu bildirərək əlavə edib: Bəzi dövlətlər öz müdaxilələri ilə qonşularımız arasında nifaq salıb, bölgədə böhrana səbəb olublar. Məsələləri dialoq yolu ilə həll etmək, bölgədə sülhü bərqərar etmək lazımdır.

İki ölkə arasında ekologiya sahəsində əməkdaşlığa toxunan İran rəsmisi, Araz sərhəd çayının çirklənməsinin qarşısının alınmasının önəmini vurğulayıb və Ermənistan hökumətini çirkab suların təmizlənməsi və çirkli suların Araz çayına daxil olmasının qarşısının alınması üçün daha çox səy göstərməyə çağırıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …