Cümə , Avqust 21 2026
azfa

Qostomeldə Rusiyanın bütün kolonları məhv edildi

Ukraynanın Qostomel şəhərinin çıxışında Rusiyanın bütün maşın və zirehli texnikalardan ibarət kolonları məhv edilib. Bu barədə ukraynalı deputatı Aleksey Qonçarenko məlumat verib.

“Məhz Qostomelin çıxışında hərbçilərimiz Rusiyanın bütün maşın və zirehli texnikalardan ibarət kolonlarını məhv etdilər. Söhbət onlarla texnikalardan gedir. Qostomel təslim olmur. Düşmən cəhənnəmə gedir!”, – məlumatda qeyd olunub.

Rusiya ordusu isə Xarkovu kütləvi surətdə artilleriya atəşinə tutub. Bu barədə Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko məlumat yayıb.

O bildirib ki, əsasən “Qrad”lardan atəş açılır.

“Onlarla ölən və yaralanan var. Bu dəhşəti dünya görməlidir”, – o qeyd edib.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …