Şənbə , May 18 2024
azfa

İran Vyananı tərk edib: Qərb diplomatları danışıqların mümkün uğursuzluğu barədə xəbərdarlıq edirlər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın nüvə danışıqlarındakı baş müzakirəçisi Əli Baqeri Kəninin gözlənilmədən Vyanadan Tehrana qayıtmasının ardınca, Rusiyanın Amerikadan zəmanət istəməsi ilə eyni vaxtda Qərb diplomatları razılığın əldə edilməsində dalana dirənmə və danışıqların mümkün uğursuzluğu barədə xəbərdarlıq ediblər.

İran mediası Əli Baqeri Kəninin məsləhətləşmələr aparmaq üçün Tehrana qayıtdığını yazsa da, iki Qərb diplomatı “The Wall Street Journal”a açıqlamasında İranın baş müzakirəçisinin nə üçün ölkəsinə getdiyi və nə zaman geri qayıdacağının bəlli olmadığını deyib.

Baqeri Kəninin Tehrana qayıtması İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın rusiyalı həmkarı Sergey Lavrovla Moskvanın nüvə anlaşmasını dirçəltmək üçün yeni şərti barədə danışmasından sonra baş verib.

Xatırladaq ki, ötən həftə sonu Rusiya Amerikadan nüvə sazişinin bərpa olunacağı halda Ukraynaya müdaxilə ilə bağlı son sanksiyaların Rusiyanın İranla ticarətinə təsir etməyəcəyinə dair yazılı təminat tələb edib. Vaşinqton isə Rusiyanın bu tələbini əlaqəsiz və əhəmiyyətsiz adlandırıb. Rusiyadan sonra isə Çin hökuməti Amerikadan İrana sanksiya tətbiq edəcəyi halda, şirkətlərinin bu ölkə ilə embarqolara məruz qalmadan ticarət əlaqələri qura bilməsi üçün yazılı zəmanət istəyib.

Həmçinin yoxlayın

Azərbaycan Milli Məclisi Lüksemburqun Azərbaycana qarşı qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

GADTB: Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Bəyanatda deyilir: …

Molla rejimin Kərəcdə həbs etdiyi azərbaycanlı milli fəaldan hələ də xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcdə həbs etdiyi azərbaycanlı milli …