Cümə axşamı , Aprel 30 2026
azfa

Güney Azərbaycanın Qəzvin bölgəsində üç azərbaycanlı müəllim məhkəməyə çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin şəhərində rejimin Ümumi və İnqilab Məhkəməsi üç azərbaycanlı müəllimə qarşı cinayət işi açmağa çalışır.

İranın Qəzvindəki İnqilab Məhkəməsi qəzvinli müəllimlər Məryəm Zirək, İsmayıl Fərhəngməniş və Əliulla Bəxşiyə göndərdiyi bildirişdə onların dindirilmək və izahat vermək üçün məhkəmədə olmalarını istəyib.

Hər bir müəllimə göndərilən bildirişdə onlara qarşı “Hökumətə qarşı təbliğat” və “İctimai rəyi çaşdırmaq” ittihamlarının irəli sürüldüyü bildirilib.

Qeyd edək ki, müəllimlər və təhsil işçiləri son aylar etiraz aksiyası keçirərək öz hüquqlarını tələb ediblər. Ona görə İran rejimi çox sayda müəllimi şərləyərək məhkəməyə çəkməyə çalışır.

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …