Bazar , Oktyabr 25 2026
azfa

Rusiyanın hərbi karvanları məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kiyevin ərazi müdafiə bölmələri Rusiyanın hərbi texnika karvanını məhv ediblər. Bu barədə Ukrayna ordusu məlumat yayıb.

“112-ci əhaliddə briqada düşmənin şəxsi heyəti ilə birlikdə tank, döyüş maşınları, zirehli transportyorlar və zirehli avtomobillərindən ibarət karvanını məhv edib”, – məlumatda qeyd olunub.

Həmçinin Rusiya hərbi kolonu Ukraynanın Nikolayev vilayətində minaya düşərək partlayıb.

Digər tərəfdən isə Ukraynada müharibə başlayandan gündən bəri Belarusun Qomel, Mozır və Narovlya şəhərlərindəki xəstəxanalar yaralıları, morqlar isə ölüləri qəbul edir.

Belarus həkimləri məlumatları heç yanda açıqlamayacaqları barədə razılaşma imzalayıblar. Hətta onların bəzilərini işdən çıxarmaqla hədələyiblər.

Mənbənin sözlərinə görə, Mozır və Qomeldəki morqlar rusların meyitləri ilə doludur. Mozırda meyitlərin bir hissəsini Rusiya Dəmir Yollarına məxsus qatarlara yükləyiblər:

“Meyitlər olduqca çoxdur. Mozır stansiyasındakı insanlar meyitlərin sayından şoka düşüblər. İnsanlar çəkilişlər aparmaq istəsələr də, hərbçilər onlara imkan verməyiblər”.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …