
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbuslar Əli və Rza Vasiqi qardaşları elektronik qandalla sərbəst buraxıldılar.
Martin 16-da rejimin Ərdəbildəki zindanında saxlanılan Əli və Rza Vasiqi qardaşları ayaqlarına electron qandal vurularaq azadlığa buraxılıblar.
2 il müddətinə həbs cəzasına məhkum olunan Vasiqi qardaşlarının məhkumluq dövrlərini bitirmələrinə 7 ay qalırdı.
Elektron qandal qanuna əsasən elektron xidmət göstərməli olan penitensiar məhbuslar və müttəhimlər üçün nəzərdə tutulub və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər elektron sistem altında müəyyən edilmiş ərazidə nəzarət olunacaq.
Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.
Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.
Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.
1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi