Cümə axşamı , Aprel 30 2026
azfa

Kiyevə hücumda Rusiya ordusunun tank alayı məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya ordusunun Kiyevə hücumu zamanı bir tank alayı sıradan çıxarılıb. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat yer alıb.

“Kiyevə növbəti hücum cəhdi zamanı Rusiya ordusunun 6-cı tank alayının birləşmiş dəstəsi sıradan çıxıarılıb. Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin fəal hərəkətləri sayəsində onların bölmələrinin müəyyən istiqamətlərdə yanacaq və ərzaq təchizatı kəsilib”, – deyə məlumatda qeyd olunub.

Rusiya ordusunun bütün cəbhələrdə irəliləyişi dayandırılıb. Rusiyanın bu tendensiyanın qarşısını almağa gücü yoxdur. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Arestoviç vurğulayıb ki, tərəflər yeni taktiki hərəkətlərə keçiblər:

“Toqquşmalar davam edir, lakin biz daha yaxşı döyüşürük”.

Həmçinin yoxlayın

ABŞ Hörmüz boğazında yeni beynəlxalq koalisiya yaratmaq istəyir

GADTB: “The Wall Street Journal” qəzeti yazır ki, ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin …

Trampa İrana qarşı mümkün hərbi əməliyyatların yeni variantları edilir

GADTB: Axios xəbər verir, ABŞ prezidenti Donald Tramp bu gün ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı …