Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Şəhriyarın türkcə “Heydərbabaya salam” şeirinin oturacaq şəklində parkda quraşdırılması etirazla qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin təyin etdiyi rəsmilərin Güney Azərbaycanın Culfa şəhərindəki parkda ustad Şəhriyarın türkcə “Heydərbabaya salam” şeirinin oturacaq şəklində quraşdırılması azərbaycanlı fəalların etirazına səbəb olub.

Azərbaycanlı fəallar rejimin əlaltılarının bu addımını kitab oxumağı və türk şeirini təhqir məqsədi güddüyünü düşünürlər.

Türk şeirini və mədəniyyətini təhqir etməyə çalışan rejim fars şeirinə əhalidən xüsusi hörmət tələb etməsi isə narazılıqla qarşılanıb.

Əhali türkcə şeirləri oturacağa yazmağı türk şeirinə, Azərbaycana və Azərbaycan şairi8nə hörmətsizlik hesab edir.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …