Cümə , Oktyabr 23 2026
azfa

Ukrayna Rusiyanın 16100 hərbçisini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Rusiyanın 16100 hərbçisini və çox sayda təyyarə və hərbi texnikasını məhv edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 561 ədəd tankı, 1625 ədəd zirehli döyüş maşını, 291 ədəd artilleriya sistemi, 90 ədəd reaktiv yaylım atəş sistemi, 49 ədəd havadan müdafiə sistemi, 115 ədəd hərbi təyyarəsi, 125 ədəd helikopteri,1089 ədəd avtomobil texnikası, 5 ədəd gəmi/kater, 72 ədəd yanacaq çəni, 53 ədəd dronu, 18 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 16 100-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.

Həmçinin yoxlayın

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …

Təbrizdə 70 günlük mübarizədən sonra azərbaycanlı körpəyə Sayqı adına doğum şəhadətnaməsi verilib

GADTB: Təbrizdən olan azərbaycanlı ailə 70 gün davam edən müraciət və mübarizədən sonra qız övladına …