Bazar , Oktyabr 25 2026
azfa

Tanınmış azərbaycanlı yazıçı Rza Bərahəni Kanadada dəfn olunacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 25-də Kanadanın Toronto şəhərində dünyasını dəyişən tanınmış azərbaycanlı yazıçı Rza Bərahənini Kanadanın Toronto şəhərində dəfn olunacaq.

Bu barədə yazıçının oğlu Oktay Bərahəni sosial şəbəkədə məlumat paylaşaraq yazıb ki, ailə üzvləri ilə onlayn toplantı keçirib və yazıçının Kanadada dəfn edilməsinə qərar veriblər.

O deyib ki, atasının da bununla bağlı vəziyyəti yoxdur. Təbrizdə yaşayan Oktay bu qərara gəlmələrində hökumətin roluna toxunmadan yaxınları, özəlliklə anasının bununla razılaşdığını deyib.

Qeyd edək ki, Kanadada yaşayan azərbaycanlı yazıçının oğlu Oktay Bərahəni sosial şəbəkələrdə atasının vəfatı barədə məlumat paylaşmışdı.

Oktay Bərahəni atasının uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirmişdi.

Güney Azərbaycanın Yazıçılar Birliyinin üzvü olan Rza Bərahəni, senzura və söz azadlığına qarşı qoyulan qadağalara etiraz etdiyi üçün Pəhləvi və molla rejiminin təzyiqləri ilə qarşılaşmışdı.

Bərahəni xatirələrində hələ Pəhləvi rejimi dövründən Azərbaycan türkcəsinə görə təzyiqlərlə qarşılaşdığını xatırladaraq yazırdı: “6 yaşımda birinci sinifdə oxuduğum vaxt türkcə inşa yazdığım üçün müəllim inşa yazdığı vərəqi zorla mənə yedirdi”.

Martın 25-də yazıçının oğlu Oktay sosial mediada paylaşım edərək, Kanadanın Toronto şəhərində dünyasını dəyişən atasının arzusuna əsasən onu Təbrizə aparmaq və orada dəfn etmək istədiklərini yazmışdı.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …