Şənbə , Oktyabr 24 2026
azfa

Müharibədə uğursuzluqla qarşılaşan Rusiya gizli səfərbərliyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ilə müharibədə məğlubiyyətlə qarşılaşan Rusiya gizli səfərbərliyə başlayıb və Ukraynaya qarşı müharibəyə 60 minə yaxın insanı cəlb etmək niyyətindədir. Bu barədə Ukrayna Baş Qərargahı məlumat verib.

 “Düşmən bölmələri onillərdir istifadə olunmayan köhnəlmiş texnika ilə təchiz etməyi planlaşdırır. Rusiya hərbi-siyasi rəhbərliyi hərbi hissələrin müharibə dövrü vəziyyətinə gətirilməsi üçün ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb. Artıq döyüş təcrübəsi olanlara üstünlük verilir. Sıravi əsgərlər, çavuşlar və zabitlər səfərbər olunur”, – məlumatda qeyd olunub.

Baş Qərargah qeyd edib ki, Rusiya Krasnodar, Perm, Dağıstan, İnquşetiya, Kalmıkiya respublikalarının əhalisini səfərbərliyə çağırır.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …