İranda ordu ilə Sepah arasında gərginlik artır: Ordu komandanı “Sepah” komandanına birləşmək təklif edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu Sepah-nın komandanı Hüseyn Salami ordu günü münasibətilə ordunun baş komandanı ilə görüşündə onun üçün xoş olmayan təkliflə qarşılaşıb.

Salami rəhbərlik etdiyi hərbi birləşmə ilə ordu arasında yaxşı münasibətlərin olduğunu, lakin adını çəkmədiyi “düşmənlər”in onlar arasında ixtilaf yaratmağa çalışdığını iddia edib.

Bu zaman ordunun baş komandanı, general Əbdürrəhim Musəvi “Sepah” komandanı Hüseyn Salamiyə ordu ilə “Sepah”ı birləşdirmək və bu yöndə mexanizm hazırlamağı təklif edib. Lakin Salaminin bu təklifə müsbət cavab verməsinə dair heç bir məlumat yayılmayıb.

Qeyd etmək lazımdır ki, İran hökumətinin “Sepah” ayırdığı büdcə orduya ayırdığından təxminən 100 dəfə çoxdur. Eləcə də “Sepah”a hökumət tərəfindən verilmiş böyük iqtisadi imtiyazlar onun hər il milyardlarla dollar gəlir əldə etməsinə şərait yaradır. Bu məsələ İran ordusu tərəfindən narahatlıqla qarşılanır və uzun illərdir iki hərbi qurum arasında soyuq münasibətlər müşahidə edilir. Bu səbəbdən həmin imtiyaz və büdcədən faydalanmaq üçün ordu “Sepah”la birləşməyi üstün tutur.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …