Cümə axşamı , Sentyabr 24 2026
azfa

Təbrizdə “Pəyami Nur” Universitetinin öyrənciləri etiraz aksiya keçirib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə “Pəyami Nur” Universitetinin öyrənciləri etiraz aksiyası keçirdilər.

Öyrəncilər universitet rəhbərliyi və Ali Təhsil Nazirliyinin onlar üçün əlavə problemlər yaratdığna etirazlarını bildiriblər.

Öyrəncilər buraxılış imtahanlarında iştirakla bağlı yeni qaydaların tətbiqinin problemlər yaratdığını bildiriblər. Həmçinin öyrəncilər Universitetdə mədəni tədbirlərin keçirilməsinə icazə verilməməsinə də etiraz olaraq plakatlarla nümayiş keçiriblər.

Öyrəncilər təhsilin online aparıldığı üçün buraxılış imtahanlarının da online keçirilməsini tələb ediblər.

Etiraz edən öyyrəncilər üzərində “Universitetlər talandı, öyrənci, oyan amandı” və s.  şüarlar yazılmış plakatlar qaldırıblar.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …