Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

“Caliber”: Erməni silahlıları Qarabağda sülhməramlıların gözü qarşısında səngər qazırlar – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qış fasiləsindən sonra Azərbaycanın Qarabağ regionunda sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ermənilər yenidən mühəndis işlərinə start veriblər.

Bu barədə Caliber.az məlumat yayıb.

Belə ki, mayın 3-də erməni yaraqlıların Xocavənd istiqamətində uzunmüddətli atəş mövqeləri qurduğu müşahidə olunub. Üstəlik, bu hadisə sülhməramlıların gözləri qarşısında baş verib. Öz vəzifə öhdəliklərinin tələblərini yerinə yetirməyən sülhməramlılar sözügedən təxribatın qarşısını almayıblar.

Videodan aydın şəkildə görünür ki, sülhməramlılara məxsus zirehli transportyor da ərazidədir. Lakin sülhməramlılar heç bir şəkildə ermənilərin qanunsuz əməllərinə müdaxilə etməyiblər. Əksinə öz iştirakları ilə onlar üçün örtük rolunu oynayıblar.

Həmin görüntüləri təqdim edirik:

Həmçinin yoxlayın

Çaroymaqda məktəbin vəziyyəti İran rejiminin Azərbaycana qarşı müstəmləkəçi siyasəti göstərir

GADTB: Çaroymaq rayonunda yerləşən Şəhid Qənbərpur məktəbindən yayılan görüntülər təhsil infrastrukturunun acınacaqlı vəziyyətini nümayiş etdirir. …

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …