Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

PKK-nın sığınacaqları məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,Türkiyənin Bingöl vilayətində PKK terror təşkilatına məxsus 26 sığınacaq məhv edilib. Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçulara məxsus çox sayda partlayıcı və digər ləvazimat ələ keçirilib.

Digər tərəfdən isə Türkiyənin Batman rayonunda PKK terrorçuları ilə türk əsgəri arasında qarşıdurma yaşanıb. PKK-çılar bölgədə antiterror əməliyyatı aparan türk əsgərlərini pusquya salıb. Atışma zamanı 1 türk əsgəri şəhid olub, 2-si yaralanıb.

Hadisədən sonra ərazidən qaçan terrorçuların tapılması istiqamətində axtarışlara başlanılıb.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın