Amerika İran dövlətinə aid narkotik qaçaqmalçılığı edən gəmini saxlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerikanın Mərkəzi Komandanlıq Qərargahı (CENTCOM) bu həftə Oman dənizində ekipaj üzvlərinin özlərini iranlı təqdim etdikləri gəmidən 640 kiloqram metamfetamin adlı narkotik maddənin aşkar edərək götürdüyünü bildirib.

CENTCOM-un məlumatına görə, 39 milyon dollar dəyərində metamfetamin daşıyan gəmi aşkar edilərək ələ keçirilib və içərisindəki ekipaj üzvləri İrana qaytarılmaq üçün region ölkələrindən birinə göndərilib.

Mərkəzi Komandanlıq Qərargahı onu da qeyd edib ki, ələ keçirilən gəmi cinayətkar təşkilatlar tərəfindən müntəzəm olaraq insan, silah və narkotik ticarəti üçün istifadə edilən beynəlxalq sulardan keçərkən saxlanıb.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …