Çərşənbə , Sentyabr 23 2026
azfa

Ukrayna Rusiyanın 28850 hərbçisini öldürüb, 1278 rus tankını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi itkilərini açıqlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində paylaşım edilib.

Məlumata görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 278 tankı, 3 116 zirehli döyüş maşını, 596 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 204 hərbi təyyarəsi, 169 helikopteri, 2 178 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 462 dronu, 43 xüsusi avadanlığı, 104 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 28 850-ə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …