Şənbə , Oktyabr 24 2026
azfa

İran rejimi Əhərdə azərbaycanlı milli fəal Əyyub Əbülzadə yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 7-də İran rejimi Güney Azərbaycanın Əhər şəhərində həmin şəhərdə yaşayan azərbaycanlı milli-mədəni fəal Əyyub Əbülzadə yaxalayıb.

Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün “İnstaqram” hesabında bu barədə məlumay yayıb.

Sara Xudakərəmi “İnstaqram” səhifəsində yazıb: “Həbsin səbəbləri barədə məlumat verilməsə də, Əyyubun bundan öncə 2015-ci ildə İran televizyasının “Fitilə” verilişində azərbaycanlıların təhqir edildiyinə görə etiraz aksiyalarına qoşulduğu üçün 10 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı olduğu ehtimal edilir”.

Qeyd edək ki, Əkbər Abülzadə Əhər şəhərində anadan olub və “inşaat mühəndisliyi” fakültəsini bitirib. O, 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün yaxalanmışdı.

Azərbaycanlı fəal 1 sentyabr 2018-ci ildə Bəhlül Əlizadənin sədrliyi ilə Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə 10 ay müddətinə həbsə məhkum edilmişdir.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …