Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Təbrizdə Babək qalasına yürüşlə bağlı çağırış vərələri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə iyunun 27-də azərbaycanlı milli-mədəni fəallar şəhərin əksər bölgələrində illik Babək qalasına yürüşlə bağlı çağırış vərəqələri yayılıb.

Çox sayda çap olunub, divarlara yapışdırılan posterlərdə azərbaycanlı fəallar əhalini Babək Qalası Qurultayına iştiraka çağırıblar.

Şəhərdə yayılan posterlər və vərəqələrdə

“Ata Babəkin doğum günü qutlu olsun”,

“Ailə ilə birlikdə Bəz qalasında olaq” və “Görüşümüz 1 iyul 2022” şüar və elanlar yazılmışdır.

Qeyd edək ki, hər il iyunun sonunda Babək Xürrəminin anım günü münasibətilə azərbaycanlı Babık qalasına yürüş keçirib və Azərbaycan türk millətinin haqlı tələblərini səsləndirir. İran rejimi isə qurultaya mane olmaq üçün hər vasitəyə əl atır və Azərbaycan şəhərlərini hərbi poliqona çevirir. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir. İran rejimi həmçinin çox sayda azərbaycanlı fəalı həbs etməklə qurultaya mane olmaq istəyir.

Həmçinin yoxlayın

Tehranda qadınlar marafonuna görə cinayət işi açılıb

GADTB: Tehranda qadınlar arasında qaçış yarışının keçirilməsindən sonra Tehran Prokurorluğu bu tədbirin təşkilatçıları və məsul …

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …