Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ərdəbildə Babək qalasına yürüşə çağırış vərəqələri yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində iyunun 28-də azərbaycanlı milli-mədəni fəallar tərəfindən şəhərin əksər bölgələrində illik Babək qalasına yürüşlə bağlı çağırış posterləri yayılıb.

Şəhərin divarlarına yapışdırılan posterlərdə “Ata Babəkin doğum günü qutlu olsun”, “Ailə ilə birlikdə Bəz qalasında olaq” ,”Görüşümüz 1 iyul 2022″ və  “Qalasında Babəkin səs batmayıbdır, indi də vardır daima Babəklə bağlanan peyman səsi” və s. şüarlar yazılıb və əhalinin Babək Qalası Qurultayına qatılmasına çağırış edilib.

Qeyd edək ki, bundan öncə Təbrizdə oxşar posterlər divarlara yapışdırılaraq Babək qalasına yürüşə çağırış edilmişdi.

İran rejimi müxtəlif yollarla azərbaycanlıların qurultaya qatılmasına mane olmağa çalışır. Bununla bağlı artıq rejim müxtəlif şəhərlərə azərbaycanlı fəallara qarşı təzyiqlərə başlayıb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …