Cümə axşamı , Avqust 27 2026
azfa

Sulduzda Babək qalasına yürüşə çağırış posterləri yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində Babək qalasına yürüşə çağırışla bağlı posterlər yayılıb.

Azərbaycanlı milli-mədəni fəallar Təbriz və Ərdəbildən sonra bu şəhərdə əhalini illik Babək Qalası Qurultayına Çağırış etmək məqsədilə çox sayda posterlər divarlara yapışdırıblar. Onlar əhalini həmin qurultaya qatılmağa dəvət ediblər.

Şəhərin divarlarına yapışdırılan posterlərdə “Ata Babəkin doğum günü qutlu olsun”, “Ailə ilə birlikdə Bəz qalasında olaq” ,”Görüşümüz 1 iyul 2022″ və  “Könlüm istər gəlsin hər yandan Azərbaycan səsi- səslənəndə can bağışlar canlara canan səsi” və s. şüarlar yazılıb və əhalinin Babək Qalası Qurultayına qatılmasına çağırış edilib.

Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş  keçirilir.

Son günlər babək qalasına yürüşə hazırlıqla əlaqəli bir neçə nəfər milli-mədəni fəal həbs edilib, bəziləri ETTELAAT idarəsinə çağrılaraq sorğu-suala tutulublar.

Həmçinin yoxlayın

Yəmən Hərbi Dəniz Qüvvələri: SEPAH-ın husilərə göndərdiyi pilotsuz uçuş aparatı avadanlığı olan yükü ələ keçirmişik

GADTB: Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə pilotsuz uçuş aparatlarının hazırlanması üçün avadanlıq daşıyan bir …

Analitik: “Vaşinqton Zəngəzur layihəsi ilə bağlı İranı sakitləşdirməyin yolunu tapıb”

GADTB: ABŞ Yaxın Şərq İnstitutunun baş elmi işçisi Aleks Vatanka hesab edir ki, Vaşinqton TRIPP …