Şənbə , Aprel 27 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Ələhvazın ərəb millətinin etirazlarını dəstəkləyir

Ələhvazın böyük ərəb milləti!

Sizin irticaçı və şovinist fars hakimiyyətinə qarşı haqlı mübarizə və etirazlarınızı dəstəkləyir, irqçi rejimin böyük ərəb millətinə qarşı ayrıseçkilik siyasətini, eləcə də bu böyük millətin azadlıq hərəkatını yatırma cəhdini pisləyirik.

İrqçi fars rejimi yüz ilə yaxındır ərəb və türk millətinin varlığını danaraq, bütün qeyri-insani üsullardan istifadə etməklə bu iki böyük milləti məhv etməyə çalışmışdır. Bunun üçün millətlərimizi bütün hüquqlarından məhrum edərək, dilimizi və mədəniyyətimizi qadağan etmişdir. Bununla yanaşı şovinist rejim Ələhvazın və Azərbaycanın bütün sərvətlərini talayıb, vətənimizi isə ekoloji fəlakətə sürükləmişdir.

Güney Azərbaycan Demokratik Türk Birliyi olaraq sizin Ələhvazda haqlı mübarizəniz və etirazlarınızı dəstəkləyir və sizi yanınızdayıq.

 

Əjdər Tağızadə

 Güney Azərbaycan Demokratik Türk Birliyi başqanı

 

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın