Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı milli-mədəni fəallar Savalan dağına yürüş edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda bir qrup azərbaycanlı fəal, müəllim və alpinisti məhbus müəllimlərə dəstək məqsədi ilə Savalan dağına yürüş ediblər.

Həmin fəallar Savalan dağının  zirvəsində “Müəllimin yeri zindan deyil” plakatı qaldırmaqla İran rejiminin həbs etdiyi müəllimlərə azadlıq tələb ediblər.

Qeyd edək ki, son aylarda müəllimlərin kütləvi etirazları keçirilib. Lakin rejim onların haqlı tələblərini eşitmək yerinə çox sayda fəal müəllimi həbs edib.

İran rejimi hətta haqsız olaraq həbs etdiyi müəllimləri şərləyərək həbsə məhkum edir.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …