Şamxaninin İrəvana səfəri zamanı İranın geosiyasi kodları

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranda anti-Azərbaycan yazıları ilə tanınan “siyasi şərhçi” Salar Seyfəddini İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin bir neçə gün öncə Ermənistana səfərinin “uğurlarından” ağız dolusu dəm vurub.

Sitat: “Admiral Əli Şamxani Ermənistana bir günlük səfərə gedib və erməni həmkarı tərəfindən qarşılanıb. Bu səfər 2020-ci il Qarabağ müharibəsinin afterşoklarının hələ də davam etdiyi və münaqişənin hər iki tərəfinin hələ də davamlı sülhə nail ola bilmədiyi bir vaxtda gerçəkləşib. Ötən aylar ərzində Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında təhlükəsizlik münasibətləri ilə bağlı ziddiyyətli xəbərlər dərc olunur və vaxtaşırı təhdid dili davam edir. Digər tərəfdən, Ukraynadakı müharibə də bölgəyə müəyyən qədər təsir edib. Belə bir vəziyyətdə İran üçün vacib olan tranzit yollarının təhlükəsizliyi və sərhədlərin toxunulmazlığı prinsipidir. Məhz buna görə də səfərinin əvvəlində Şamxani İslam Respublikasının “regionun geosiyasətində dəyişikliyə səbəb olacaq istənilən addıma” qarşı olduğunu vurğulayıb”.

İranın işğalçı Ermənistanla siyasi-iqtisadi əlaqələrinin əhəmiyyətini həddindən artıq şişirdən “ekspert” habelə yazır: “İranla Ermənistan arasındakı Norduz sərhəd-keçid məntəqəsi 10 minlərlə ton yük üçün tranzit marşrutu sayılır, hansı ki, iki ölkənin ehtiyaclarının bir hissəsini qarşılayır. Keçən il İranın Türkmənistanla svop əməliyyatı üzrə qaz nəqli (Azərbaycana) razılaşması uğurla həyata keçirilib. Bununla əlaqədar, Ermənistan da uzun illərdir ki, Türkmənistanın enerjisindən yararlanmaqda maraqlıdır, bu layihə isə yalnız İran vasitəsilə mümkündür. Türkmənistanla Ermənistan arasında qaz svop sazişi İranın geosiyasi çəkisini artıracaq və qonşuların daha çox razılığına gətirib çıxaracaq. Türkmənistan, İran və Azərbaycan arasında bu layihə bütün tərəfləri qane edib və Ermənistanın bu enerji xəttinə əlavə edilməsi üçün fəaliyyət son dərəcə vacibdir”.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …