Ərazisinin 80 faizinin qəsb edilmiş türk ərazisi olan Rusiya türk ölkəsi Qazaxıstanı hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ərazisinin 80 faizinin qəsb edilmiş türk ərazisi olan və türkün nefti və qazı ilə dünyaya meydan oxuyan Rusiya türk ölkəsi Qazaxıstanın ərrazisinə də göz dikdiyini açıq bildirdi.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bu barədə təhdid mesajlarını Vkontakte hesabında paylaşıb.

“Ukrayna ələ keçiriləndən sonra sıra Vətənimizin heç vaxt bitməyən sərhədlərinin bərpasına gəlib çatacaq”, – Medvedyev bildirib.

Bundan başqa, Medvedyev Gürcüstanın indiki sərhədləri daxilində Rusiya imperiyası dövründə yaradıldığını yazıb.

Medvedyev bütün tarixi faktları saxtalaşdıraraq yalan iddia ilə deyib ki, Qazaxıstan süni dövlətdir, bu ölkənin ərazisində ilk dəfə ruslar məskunlaşıb.

“Qazaxıstan hakimiyyəti müxtəlif etnik qrupların respublika daxilində məskunlaşdırılması təşəbbüslərini həyata keçirməyə başladı ki, bu da rusların soyqırımı kimi qiymətləndirilə bilər. Ruslar ora gələnə qədər nizam-intizam olmayacaq”, – Medvedyev yazısında bildirib. Halbuki, rusların Şərqi Avropada kiçik bir ərazidə yaşaması və yalnız o ərazinin rus torpağı olması kimsəyə sirr deyildir. İndiki Rusiyanın Qafqazdan tutmuş şimal və şərqə doğru ərazilərinin 80 faizi tarixi türk torpağıdır. Min illər boyu türklər bu ərazidsə yaşamqla yanaşı burada dünyanı silkələyən onlarla böyük imperatorluqlar qurublar. Yalnız son yüzilliklərdə həmin ərazi tədricən ruslar tərəfindən işğal və qəsb edilərək milyonlarla türk soyqırım və departasiya ilə məhv edilərək işğal eüdilmiş ərazidə Ruysiya yaradılıb.

Qeyd edək ki, Medvedyev bir müddətdən sonra irihəcmli həmin statusunu silib. Ancaq skrin-şotlar artıq dünya mediasını bəzəyir.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …