Şənbə , May 18 2024
azfa

Tatar türklərinin yurdu Krımda Rusiyaya qarşı partizan hərəkatına başlandığı bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tatar türklərinin yurdu Krımda yerli sakinlər partizan hərəkatı yaradır. Bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmisi Vadim Skibitski deyib.

“Krımda partizan hərəkatı fəallaşıb. Yerli sakinlər Krımın Ukraynanın tərkibinə qayıtmasına hazırlaşırlar”, – Skibitski bildirib.

Ukrayna isə müharibənin 160-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 41 170 hərbçi, 1 768 ədəd tank, 4014 ədəd zirehli döyüş maşını, 936 ədəd artilleriya sistemi, 259 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 117 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarə, 191 ədəd helikopter, 2 914 ədəd avtomobil texnikası, 739 ədəd PUA, 174 qanadlı raket, 15 gəmi/qayıq, 82 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

GADTB: Avropa İttifaqı İrandan nüvə doktrinası ilə bağlı təhdidlərə son qoymasını tələb edir

Avropa İttifaqı dünən İran hökumətindən nüvə doktrinasına yenidən baxması təhdidindən əl çəkməsini istədiyini açıqlayıb. Məlumata …

Azərbaycan Milli Məclisi Lüksemburqun Azərbaycana qarşı qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

GADTB: Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Bəyanatda deyilir: …