Bazar , Avqust 23 2026
azfa

İsveç və Finlandiya PKK terror təşkilatını dəstəkləməməklə bağlı vədlərini yerinə yetirmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, Türkiyənin daha əvvəl də ümumilikdə 33 terrorçu ilə bağlı tələbi var idi. Bu tələblərin bir qismini təzələdik, yenilərini də onlara çatdırdıq, lakin indiyədək heç bir rəsmi cavab almamışıq.

 “Mətbuatda “İsveçdə belə qərarlar verildi, belə qərarlar çıxdı” deyə xəbərlər yayılır, amma indiyə qədər bizə rəsmi heç nə təqdim edilməyib. Biz bu prosesdə İsveç və Finlandiya hökumətlərini izləyəcəyik. İsveç və Finlandiya, Almaniya, Fransa… – hamısı PKK və FETÖ-nün inkubatorlarıdır: bir tərəfdən onlara polisin nəzarəti altında təhlükəsiz şəkildə bütün fəaliyyətlərini həyata keçirməyə imkan verirlər, digər tərəfdən terrorçuların toplanmasına və öyrədilməsinə göz yumurlar.

İsveç və Finlandiya hökumətləri NATO-ya üzvlüklə bağlı verdikləri vədləri yerinə yetirsələr, Türkiyə prosesi başa çatdırmaq üçün lazımi addımı atacaq, amma yerinə yetirməsələr, Türkiyə də adekvat qərar verəcək”, – Bozdağ bildirib.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …