Tanınmış azərbaycanlı şairə Türk Ədəbiyyatı Vəqfinin mükafatı verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Ədəbiyyatı Vəqfi hər il türk kültür və mədəniyyətinin inkişafında rolu olan elm və sənət adamlarına müxtəlif mükafatlar təqdim edir.

Bu ilki təqdimat mərasimi Ankara, İstanbul və Elzağıda olub. İdarə Heyətinin 8 yanvar tarixli qərarı ilə Mükafat Komissiyasının irəli sürdüyü namizədlərə ödüllər təqdim edilib.

İdarə Heyətinin 2 iyul 2022-ci il və 2022-7 saylı qərarı ilə Türk Ədəbiyyatı Vəqfinin digər bir ödülü olan “Türk Kültürünə və Türk dilinə Xidmət” mükafatı Güney Azərbaycanlı şair Huşəng Cəfəriyə verilib.

Ödül 4 avqust 2022-ci il, saat 15.00-də Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva və Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayevanın da iştirak etdiyi Türk Ədəbiyyatı Vəqfində düzənlənən Almas İldırımın xatirəsinə həsr olunmuş tədbirin sonudan təqdim edilib.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …