Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran rejimi həbs etdiyi aqzərbaycanlı fəal Şükrüllah Qəhrəmanifərdi vəsiqə qarşısında zaminə buraxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin yaxaladığı Güney Azərbaycanın Xudafərin şəhərindən olan fəal və müəllim Şükrüllah Qəhrəmanifərd azadlığa buraxılıb.

Bu barədə Şükrullah Qəhrəmanifərdin oğlu Yaşar özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Azərbaycanlı fəal və müəllimin nədə ittiham olunduğu və niyə görə yaxalandığı barədə açıqlama verilməyib.

Qeyd edək ki, avqustun 1-də İranın ETTELAAT İdarəsinin 8 məmuru Xudafərində Şükrüllahın evinə hücum edərək onun evində axtarış aparıblar.

Məmurlar azərbaycanlı fəalın mobil telefonunu, kompüteri və kitabları, eləcə də başqa şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparmışdılar.

Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …